Hindistanda saxta alkoqoldan kütləvi zəhərlənmə baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, zəhərlənmədə 102 nəfər ölüb, xeyli sayda adam isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 4 nəfər şübhəli şəxs qismində həbs edilib. Kütləvi zəhərlənmənin baş verdiyi əraziyə əlavə həkim briqadaları göndərilib. Spirtli içkidən götürülmüş nümunələrdə insan orqanizminə ölümcül təsir göstərən metanol aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB