Ermənistan Yol Polisi rəisi Markar Ohanyanın cinayət işi Məhkəməyə göndərilib. SİA-nın "Haykakan Jamanak" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb. O, vəzifəsindən sui-istifadə etməkdə və böyük miqdarda pul israf etməkdə ittiham olunur. Ermənistan Xüsusi İstintaq Qrupunun məlumatına görə, Yol Polisinin rəisi 277 min litr benzin mənimsəməkdə ittiham olunur.
Belə ki, ilkin istintaq nəticəsində əldə edilən dəlillərə əsasən, Markar Ohanyan və onun tabeliyində olan əməkdaşlar dövlətə təxminən 570 min dollar məbləğində ziyan vurublar, lakin istintaqın gedişi əsnasında onun 520 mini dövlətə qaytarılıb. Cinayət işi üzrə başqa 3 Yol Polisi əməkdaşı ittiham olunur, lakin onlara qarşı yaşayış məntəqəsini tərk etməmək haqqında qətimkan tətbiq edilib.
Qəzet həmçinin yazıda bildirib ki, polis polkovniki təqsirini inkar etsə də, dövlətə dəyən ziyanı ödəyib və büdcəyə 500 mindən artıq dollar qaytarıb. Bu qədər pulun polis əməkdaşında haradan olduğu sualına Markar Ohanyanın vəkili Mkrtiç Vasakyan cavab verib: "O, illərlə bu şəhərdə yaşayıb, 30 il hüquq mühafizə orqanlarında işləyib, polis polkovnikidir. Onun əmiləri, dayıları, xalaları, qardaşları və dostları vardır. Hamısı borcu ödəməyə kömək edib. Bundan başqa Markar Ohanyan şəxsi mülkünü girov qoyub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB