Asif Əli Zərdari xəstəxanadan evə buraxıldı

Asif Əli Zərdari xəstəxanadan evə buraxıldı

Pakistan prezidenti Asif Əli Zərdari müalicə olunduğu Dubay Amerikan xəstəxanasından evə buraxılıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, prezidentin mətbuat katibi Fərhadullah Babur ürək xəstəliyi səbəbilə müalicə olunan Zərdarinin artıq Dubaydakı iqamətgahında olduğunu bildirib. Onun vətəninə nə vaxt qayıdacağı isə hələlik məlum deyil. Qeyd edək ki, ötən gün Pakistanın baş naziri Yusif Rza Gilani prezident Zərdarinin Dubayda müalicə olunduğunu bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə