Hillari Klintonun qızı jurnalistliyə başladı

Hillari Klintonun qızı jurnalistliyə başladı

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və hazırki dövlət katibi Hillari Klintonun qızı Çelsi jurnalistliyə başlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Çelsi Klintonun jurnalist karyerasında ilk reportajı yerli NBC telekanalında yayımlanıb.

Qeyd edək ki, ötən ay telekanalda müxbirliyə başlayan Çelsi Klintonun hazırladığı material kanalın məşhur aparıcısı Brayan Uilyamsın həftəlik proqramında nümayiş olunub. 31 yaşlı Çelsinin ilk reportajı Arkanzas ştatında yaşayan və bütün var-dövlətini yoxsul uşaqlara yardım üçün xərcləyən qaradərili bir qadının həyatından bəhs edib.


Bütün xəbərlər Facebook səhifəmizdə