Suriyada 5 nəfər həyatını itirdi

Suriyada 5 nəfər həyatını itirdi

Suriya əsgərlərinin Hamada şəhərində nəqliyyat vasitəsini atəşə tutması nəticəsində 5 nəfər həyatını itirib. SİA-nın məlumatına görə, səhər saatlarından etibarən Hattab kəndi yaxınlığında da təşkil edilən hücumda nəqliyyat vasitələrində olan vətəndaşların hamısı həlak olub. Qeyd edək ki, Suriyada ötən gün meydana gələn şiddətli hücumlarda ümumilikdə 38 adam ölüb.


Bütün xəbərlər Facebook səhifəmizdə