Son illərin ən parlaq kometası kəşf olunub

Son illərin ən parlaq kometası kəşf olunub
Avstraliyalı həvəskar astronom Terri Lovejoy yaxın günlərdə yerdən aydın müşahidə olunacaq kometa aşkarlayıb. O, C/2011 W3 adlandırılan kometanı noyabrın 27-si müşahidə edib. SİA-nın verdiyi məlumata görə, astronom əvvəlcə şəkildəki ləkələri görüntünün keyfiyyətsizliyi ilə əlaqələndirmişdi, lakin ləkələr bir neçə gün itməyib. Müşahidələrin alimlər tərəfindən təsdiqindən sonra beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzi kəşf barədə rəsmi açıqlama verib. Hesablamalara görə kometa dekabrın 16-da günəşə ən yaxın məsafədən keçəcək. Onun hətta günəşin səthinə toxunacağı da ehtimal olunur. Əgər bu zaman kometa məhv olmasa, o, səmadakı ən parlaq planet olacaq. Mütəxəssislər belə bir kometanın görünməsinin çox nadir hadisə olduğunu deyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə