Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbas Fələstin bayrağının YUNESKO-nun mənzil-qərargahı qarşısında qaldırılmasına həsr olunmuş təntənəli mərasimdə iştirak etmək üçün Parisə gəlib. SİA-nın RİA \"Novosti\"yə istinadən verdiyi xəbərə görə, Parisdə Fələstin liderinin Fransa prezidenti Nikolya Sarkozi ilə görüşü də planlaşdırılıb.
Xatırladaq ki, oktybarın 31-də YUNESKO Fələstini tamhüquqlu üzv kimi qəbul edib. ABŞ, Almaniya və Kanada Fələstinin təşkilata üzv olmasına qarşı çıxsalar da, Braziliya, Rusiya, Çin, Hindistan, CAR və Fransa təklifin lehinə səs veriblər. Böyük Britaniya isə bitərəf qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB