Türkiyəyə qarşı “306” nömrəli qanun

Türkiyəyə qarşı “306” nömrəli qanun

Türkiyədən \'"ölkədəki xristianların hüquqlarına tam olaraq hörmət etməsini\'" tələb edən qanun layihəsi, bu gün ABŞ Nümayəndələr Palatasının gündəliyinə salına bilər.

SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, 306 nömrəli qanun lahiyəsi ilk dəfə olaraq \'\'kilsələrin geri verilməsi\" başlığı ilə iyun ayında xarici əlaqələr komitəsinin üzvlərindən olan Respublikaçılar Partiyasının Kaliforniyadan olan deputatı Ed Roys və komitənin keçmiş sədri Demokrat Partiyasının üzvü Hovard Berman tərəfindən təqdim edilib.

ABŞ-da, xüsusilə erməni və Kipr yunanları lobbisi tərəfindən dəstəklənən qanun layihəsində \'"Türk hökumətinin, ölkədəki xristianlara qarşı pis rəftarın hər növünə son qoyması və xristianların hüquqlarını və dini azadlıqlarını qoruma altına alması"na çağırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə