Avstraliyanın qərbində bəzi ərazilər subasmaya məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisədən ən çox Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərinin ziyan çəkdiyi bildirilir. Güclü yağışların səbəb olduğu subasma nəticəsində enerji təsərrüfatına ziyan dəyib, bəzi avtomobil yolları və fərdi evlər yararsız vəziyyətə düşüb.
Təhlükəli hesab edilən ərazilərdən əhalinin köçürülməsi nəzərdə tutulur. Yaranmış vəziyyətlə əlaqədar hadisə rayonlarında zəruri tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB