İndoneziyada zəlzələ olub

İndoneziyanın şimalında yerləşən Qorontalo vilayətində zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 6,1 maqnitudada olub. Zəlzələnin episentri Qorontalo şəhərindən 68 km cənubda qeydə alınıb.

Tələfat, dağıntı, habelə, sunami barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə