Qırğızıstan parlamenti-Joqorku Keneşin (JK) sədri Axmatvek Keldibekov istefa verib. SİA-nın məlumatına görə, A. Keldibekov istefası ilə əlaqədar parlamentdə çıxışında deyib: "Parlamentdəki parlament fraksiyası çoxluğunun ləğv edilməsi və ölkədə sabitliyin saxlanması ilə bağlı dekabrın 14-dən parlamentin sədri kimi öz səlahiyyətlərimi dayandırıram". Məsələ burasındadır ki, dekabrın 6-da "Ata Məkan" partiyasının parlament fraksiyası JK-in sədrinə etimadsızlıq göstərilməsi təşəbbüsü ilə çıxış etmiş, spikerin fəaliyyətinə qiymət verilməsi ilə əlaqədar deputat komissiyası yaradılmışdır. Parlamentdəki "Ata Jurt" fraksiyasının nümayəndələri isə Axmatbek Keldibekovun JK-in sədri vəzifəsinə namizədliyini yenidən irəli sürmək niyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB