Putin müttəfiqinə çağırışıb edib

Rusiyanın baş naziri Vladimir Putin müttəfiqi, keçmiş maliyyə naziri Aleksey Kudrinə çağırışıb edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, ölkədə siyasi boşluğu doldurmaq üçün yeni liberal partiya yaradılması təklifi edib.

Öz növbəsində isə Kudrin deyib ki, əgər dekabrın 4-də keçirilmiş seçki saxtakarlıqları ətraflı qaydada araşdırılmasa bu pozuntular qarşıdan gələn prezident seçkilərinin legitimliyinə kölgə sala bilər: "Son səsvermələr ölkədə hakim partiyaya alternativ liberal partiyanın mövcudluğuna ehtiyac olduğunu göstərir. Bu gün biz görürük ki, defisit biz təsəvvür etdiyimizdən qat-qat böyükdür".

Bütün xəbərlər Facebook səhifəmizdə