İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus "RQ-170" pilotsuz təyyarəsinin kopyasını yaradacaq. SİA-nın xəbərinə görə, bunu İran Milli Məclisinin təhlükəsizlik komitəsinin üzvü Parviz Sorouri "Frans-Press"ə açıqlamasında deyib.
O, eyni zamanda qeyd edib ki, yaxın zamanda rəsmi Tehran pilotsuz təyyarələrin istehsalına başlayacaq: "Bizim istehsal edəcəyimiz pilotsuz təyyarələr Amerikanın təyyarələrindən yüksək keyfiyyəti ilə seçiləcək".
Bu arada isə İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus "RQ-170" pilotsuz təyyarəsini Rusiyanın bu ölkəyə noyabrın əvvəlində satdığı "IL222 Avtobaza" mobil döyüş stansiyası vasitəsilə ələ keçirib. Rusiyanın "Vzqlyad" qəzetinin verdiyi məlumata görə, bu mobil döyüş stansiyası yaydığı siqnallar sayəsində düşmənin uzaqdan idarə olunan casus təyyarələrinin kompleks şifrəsini çözərək onların idarəsini ələ keçirə bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB