"Wall Street-i işğal et" hərəkatının təsiri altında olan Boston sakinlərinin təşkil etdiyi etiraz aksiya dağıdılıb. Ötən gün Boston polisi nümayişçilərin etiraz düşərgəsini tamamilə dağıdıb. Həmin düşərgədə sentyabrın sonlarından 150-dən çox adam yaşayırdı.
Polis düşərgəyə yaxınlaşanda, etirazçılar əl-ələ tutaraq onların qarşısını almağa çalışıblar. Polisə ən çox müqavimət göstərənlər həbs olunub. 46 nəfərin saxlandığı bildirilir. Xəsarət alan olmayıb. Çadır düşərgəsinin sökmə əməliyyatı 1 saatdan çox davam edib.
Bununla da, Boston sosial ədalətsizliyə etiraz məqsədilə formalaşan "Wall Street-i işğal et" hərəkatının düşərgəsinin dağıdıldığı sonuncu Amerika şəhəri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB