Türkiyənin Suriya ilə Akçakale sərhəd keçidində suriyalı sürücülər etiraz aksiyası keçiriblər. Qarşılıqlı razılaşma ilə Suriya Tellebyat, Türkiyə isə Akçakale sərhəd keçidlərini bağladıqdan sonra hər iki tərəfdə yük maşınları çətin vəziyyətdə qalıb. Türkiyədən gedən 172 yük maşını Suriyada, Suriyadan gələn 70 yük maşını isə Türkiyədə qalıb.
Türkiyədə 5 gündür gözləməli olan suriyalı sürücülər etiraz aksiyası keçirərək, Akçakale sərhəd qapısının açılmasını və ölkələrinə buraxılmalarını tələb ediblər. Türkiyə rəsmiləri isə sərhəd keçidini, ilk olaraq, Suriya tərəfinin bağladığını bildirirlər. Onlar Türkiyəyə məxsus 172 yük maşınının ölkəyə buraxılmadığını əsas gətirirlər. Suriyalı sürücülərə isə çıxış yolu kimi Kilis sərhəd keçidinə gedərək, oradan Suriyaya keçmələri məsləhət görülüb. Gömrük nümayəndələrinin bu açıqlamasından sonra sürücülər etiraz aksiyasını dayandıraraq, Akçakale sərhəd keçidindən ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB