Yəməndə birlik hökuməti təşkil edilib. SİA-nın ərəb saytlarına istinadən verdiyi xəbərə görə, bu gün and içərək vəzifəyə başlayan yeni hökumət fevral ayında keçiriləcək prezdent seçkilərinə hazırlıq görməlidir. Belə ki, hökumət vitse-prezident Əbdül Rabuh Mənsur Hadi ilə ilk görüşünü keçirib. 35 üzvlü kabinet veteran siyasətçi Məhəmməd Basindva tərəfindən idarə ediləcək.
Nazir vəzifələri prezident Əli Abdulla Salehin tərəfdarları və müxalifət nümayəndələr arasında tən bölünüb. Salehin tərəfdarları müdafiə, xarici işlər, neft, müxalifət isə daxili, maliyyə və informasiya nazirliklərinə rəhbərlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB