Moskvada son 20 ilin ən böyük etiraz aksiyası

Moskvada son 20 ilin ən böyük etiraz aksiyası

Rusiyada ötən bazar günü keçən parlament seçkilərinin nəticələrinin saxtalaşdırlımasına etiraz əlaməti olaraq son 20 ildə ən izdihamlı nümayişlər keçirilir. Moskvanın Bolotnaya meydanında 80 mindən artıq adamın toplaşdığı təxmin edilir.


Rusiya KİV-lərinə istinadən bildirilir ki, hakimiyyətin icazə verdiyi mitinq günorta saatlarında başlayıb və axşam saat 19.00-da başa çatmalıdır. Aksiyada sabiq baş nazirin müavini Boris Nemtsov MSK və Rusiya rəhbərliyinin istefasını tələb edib. Digər müxalifət liderləri Yevgeniya Çirikova, Sergey Mitroxin, Qriqori Yavlinski, yazıçılar Boris Akunin, Sergey Şarqunov, Dmitri Bıkov, jurnalistlər Leonid Parfyonov, Tatyana Lazareva, milliyətçi Konstantin Krılov da bu çağırışla çıxış ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə