Liviyalılar etiraz aksiyası keçiriblər

Liviyanın paytaxtı Tripolidə sakinlər küçələrin silahlı qruplardan təmizlənməsi tələbi ilə etiraz aksiyası keçiriblər. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, qadın və uşaqların da qatıldığı etiraz aksiyasının iştirakçıları səlahiyyətli şəxsləri silahlı dəstələri dekabrın 20-dək küçələrdən çəkərək nəzarət altına almağa çağırıblar. Milli Keçid Şurasının nümayəndəsi Abdulla Naker isə bildirib ki, Qəddafiyə sadiq silahlı qruplar fərqli bir ad altında inqilabi hakimiyyəti devirməyə çalışmağı düşünə bilərlər, ancaq onlara imkan verilməyəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə