“Nestle” şirkəti Çinə 1,7 milyard dollar investisiya yatırmaq niyyətindədir
İsveçrənin qida və içki nəhəngi "Nestle" Çinin qənnadı məmulatları istehsalçısı Hsu Fu Chi şirkətinin nəzarət səhm paketini əldə etmək üçün Çin hökumətinin razılığını alıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, "Nestle" şirkətindən bildirilib ki, qurum Hsu Fu Chi şirkətinin 60 faiz səhmlərini 1,7 milyard dollara almaq niyyətindədir. Hsu ailəsi isə 40 faiz səhmləri özündə saxlamağı qərara alıb. "Nescafe", "Kitkat" və "Dreyers" kimi brendlərin sahibi olan "Nestle" şirkəti Çinin istehlak bazarında mənfəət əldə etmək üçün bu ölkədə iştirakını böyütmək niyyətindədir.
Qeyd edək ki, Hsu Fu Chi şirkətinin 4 böyük fabriki və 16 min işçisi var. "Nestle" şirkətinin isə hazırda Çində 23 fabriki və 14 min işçisi çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB