Sarkozi: "Avrozonanın yeni müqaviləsi 2012-ci ilin martına kimi hazır olacaq"
Avrozonaya daxil olan ölkələr 2012-ci ilin martına kimi iqtisadi və maliyyə siyasəti ilə bağlı yeni müqavilə hazırlayırlar. SİA-nın məlumatına görə, bu barədə Fransa prezidenti Nikolya Sarkozi Avropa İttifaqı sammitinin ilk gününün yekunlarına dair çıxışında deyib.
Avrozona ölkələri sammitdə büdcə-vergi ittifaqının yaradılması barədə razılığa gəliblər. Aİ ölkələri liderlərinin danışığı 10 saatlıq gərgin müzakirələrdən sonra baş tutub.
Ancaq Aİ sammiti öz əsas məqsədlərindən birinə nail ola bilməyib-üzv ölkələr Avropa İttifaqının Lissabon sammitində razılaşdırılmış islahatları möhkəmləndirə bilməyiblər. Səbəb isə Böyük Britaniyanın xüsusi mövqeyidir ki, bu da Aİ daxilində yeni və xoş olmayan fikir ayrılığına gətirib çıxarıb.
Bundan başqa Avropa İttifaqının prezidenti Herman Van Rompey deyib ki, yeni qəbul olunmuş müqaviləyə avrozonaya daxil olmayan ölkələr də qoşula bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB