Bişkek ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib
Azərbaycanın Qırğızıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Bişkekdəki Azərbaycan diasporunun üzvləri, qardaş qırğız xalqının nümayəndələri, azərbaycanlı tələbələr və jurnalistlər iştirak edib. Mərasim iştirakçıları əvvəlcə ulu öndərin səfirliyin binasındakı büstü önünə əklil və çiçək dəstələri qoyub, sonra isə ümummilli liderin həyat və fəaliyyəti ilə əlaqədar təşkil edilmiş sərgiyə baxış keçiriblər.
Daha sonra Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Qığızıstandakı səfiri Arif Ağayev ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verib, eyni zamanda onu "dünya şöhrətli siyasi xadim", "xalqımızın xilaskarı" adlandırıb.
Səfir həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycanı öz qüdrəti və zəkası ilə dünyaya tanıdıb və bunun müqabilində ölkəmiz dünya birliyi arasında öz layiqli yerini tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB