Bu da fransızsayağı demokratiya

Bu da fransızsayağı demokratiya

Fransa parlamenti "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsini qəbul edib. Ermənistanın "News.am" saytı xəbər verir ki, bundan sonra "erməni soyqırımı"nı inkar edənlərə 1 il azadlıqdan məhrumetmə cəzası verilə bilər. Qondarma soyqırımın əhəmiyyətini azaldacaq şəxslər isə 45 min avro cərimə ediləcək.


Xatırladaq ki, Fransada "erməni soyqırımı" 2001-ci ilin yanvarın 29-da qanuniləşdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə