“Vaşinqtonu işğal et” aksiyasında 60 nəfər həbs edilib

“Vaşinqtonu işğal et” aksiyasında 60 nəfər həbs edilib

ABŞ-da "Vaşinqtonu işğal et" adı altında keçirilən aksiyanın 60 iştirakçısı həbs edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, paytaxtın Kolumbiya əyalətində yığılan onlarla etirazçı lobbi firmalarının yerləşdiyi "K Street" adlı küçədə yürüş keçiriblər.

Polis yürüşlərin qarşısını almaq məqsədi ilə bəzi mərkəzi küçələrdə sədlər çəkib. Fəallar bildiriblər ki, etirazlarda təkcə gənclər deyil, yaşı 50-yə, 60-a çatmış insanlar da iştirak edirlər. Polisin xəbərdarlıqlarına baxmayaraq 30-a yaxın fəalın yerə uzanaraq etiraz etməsi sonda onların həbsi ilə nəticələnib. Etirazçılar isə polisə qarşı müdaxilə edib və təhqiredici ifadələr işlədiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə