İsrailin xarici işlər naziri Aviqdor Liberman Rusiyanın baş naziri Vladimir Putindən Suriyaya silah satışını dayandırmalarını istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bəzi rəsmi görüşlər üçün Moskvaya gedən Liberman Putinlə görüşüb.
İsrail mətbuatının xəbərinə görə, Liberman Putinə Rusiyanın son texnoloji silahlarını Suriyaya verməsinin mövcud gərginliyi daha da artıracağını söyləyib. Rusiya hərbi mənbələri Dəməşqin Moskvadan 36 "Yaxtnot" raketi də daxil olmaqla bəzi silahlar aldığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB