Ermənistanın 2012-ci ilə büdcəsi cəmi 2,4 milyard dollardır

Ermənistanın 2012-ci ilə büdcəsi cəmi 2,4 milyard dollardır

Ermənistan parlamenti ölkənin 2012-ci ilə olan Dövlət büdcəsini təsdiq edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə əsasən, Ermənistanın dövlət büdcəsinin gəlirləri 2012-ci ildə 911,6 milyard dram və ya 2,4 milyard dollar təşkil edir. Ermənistan dövlət büdcəsinin defisiti ölkənin ümumdaxili məhsulunun 3,1 faizi təşkil edir.

Məhz bu zəmində Azərbaycan parlamenti tərəfindən təsdiq edilən 2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat (təxminən 21 milyard dollar) nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə