ABŞ-ın İrandakı virtual səfirliyi heç 24 saat da işləyə bilmədi. İran hakimiyyəti sayta girişi məhdudlaşdırıb. Bunu ABŞ Dövlət Dpeartamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib. Onun sözlərinə görə, işlədiyi müddət ərzində saytın ingilisdilli versiyasına İrandan 2001 ziyarət qeydə alınıb. Fars dilində olan sayta isə 7770 iranlı istifadəçi müraciət edib. Ümumilikdə səfirliyin internet səhifəsinə təxminən 50 min adam daxil olub.
Mark Toner bildirib ki, İran hakimiyyəti ABŞ-a səfər etməyin yolları və Amerika siyasəti barədə informasiyaları təqdim edən saytı məhdudlaşdırmağa çalışır. "Əminik ki, saytın işindəki müvəqqəti probelmləri aradan qaldıra biləcəyik", - Dövlət Departamentinin nümayəndəsi bildirib.
Qeyd edəkk i, ABŞ Tehrandakı virtual səfirliyinin yaradıldığını çərşənbə axşamı açıqlamışdı. Lakin bir sutka keçmədən iranlı internet istifadəçilərinin sayda daxil olması əngəllənib. Saytı açmaq istədiklə kompyuterin ekranında xəbərdarlıq əks olunur: "Qanunvericiliyə uyğun olaraq, bu resursa giriş mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB