Pakistan prezidenti xəstəxanaya aparıldı

Pakistan prezidenti Asif Əli Zərdari səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, onun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ürəyi ilə əlaqədar müalicə aldığı bildirilib. Həkimləri ürək tutmasından şübhələnərək, Asif Əli Zərdarini klinikaya yerləşdiriblər. Hazırda Pakistan prezidenti intensiv kardioterapiya kursu keçir.


Bütün xəbərlər Facebook səhifəmizdə