İndoneziyanın şərqindəki Şimali Maluku vilayətində yerləşən Qamalama vulkanı aktivləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda vulkandan lava axını və kül püskürməsi müşahidə edilir.
Vulkanın aktivləşməsi ilə əlaqədar hadisə rayonunda zəruri təhlükəsizlik tədbirləri görülür. Qeyd edək ki, Qamalama vulkanı sonuncu dəfə 2003-cü ildə aktivləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB