İsrail Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyir

İsrail Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyir

İsrailin xarici işlər nazirinin müavini Danni Ayalon Türkiyə-İsrail əlaqələrini qiymətləndirib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, türk səfiri "alçaq kresloya" əyləşdirərək ikitərəfli əlaqələri ciddi diplomatik böhrana gətirib çıxaran İsrailin xarici işlər naziri köməkçisi Danni Ayalon təxmin edir ki, Türkiyə-İsrail əlaqələri normallaşacaq.

D.Ayalon ABŞ-da yayımlanan yəhudilərin "Algemeiner" qəzetinə verdiyi müsahibədə Türkiyə-İsrail münasibətlərinin normallaşmasının vacibliyinə işarə edərək deyib: "Bu, İsrailin, Türkiyənin və Amerikanın xeyrinədir. Münasibətlərin normala dönəcəyini təxmin edirik. Soyuqqanlılıq və ağıl qalib gələcək".


Bütün xəbərlər Facebook səhifəmizdə