Pakistan səfirlərini geri çağırır

Pakistan dünyanın bir çox ölkələrində olan səfirlərini məsləhətləşmələr üçün təcili geri çağırır. SİA-nın "RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu yaxınlarda NATO aviasiyasının zərbələri nəticəsində 25 pakistanlı gömrükçünün ölümündən sonra ölkənin xarici siyasət konsepsiyasına edilmiş dəyişikliklər məhz İslamabadda səfirlərin diqqətinə çatdırılacaq.

Pakistan XİN-nin yaydığı məlumatda deyilir ki, ABŞ, Aİ ölkələri, Rusiya, Əfqanıstan, Hindistan və dünyanın bir sıra hakim ölkələrində olan səfirlər təcili məsləhətləşmələr üçün geri çağırılıb.

Belə ki, xaricdə fəaliyyət göstərən səfirlər \"NATO aviazərbələrindən sonra Pakistanın xarici siyasət doktrinasında edilmiş dəyişikliklər\"lə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə