Əfqanıstan Səhiyyə Nazirliyinin açıqladığı hesabata görə, ölkədə hər onuncu uşaq 5 yaşına çatmadan ölür. SİA-nın YUNİSEF-in rəsmi syatına istinadən verdiyi məlumatına görə, bununla belə, anaların ölüm halları getdikcə azalmaqdadır.
Əfqanıstan 5 yaşına çatmamış uşaqların ölümünə görə dünyada ikinci yeri tutur. Ən çox ölüm halları ölkənin kənd təsərrüfatı regionlarının kasıb ailələrində yeni dünyaya gəlmiş uşaqlar arasında qeydə alınıb. Əfqan uşaqlarda ölümlərin yarıya qədəri respirator infeksiyaları, yaxud infeksion və parazit xəstəliklərin nəticəsində baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB