Liviyanın İstanbuldakı baş konsulluğu talan edildi

Liviyanın İstanbuldakı baş konsulluğu talan edildi

Liviyalı 20-25 nəfərlik qrup ehtiyaclarının qarşılanmaması səbəbi ilə Liviyanın İstanbuldakı Baş konsulluğunu talan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, polis konsulluğun səlahiyyətli şəxsləri ilə görüşdükdən dərhal sonra qapını qıraraq içəriyə daxil olub. Nəticədə saxlanılan liviyalılar polis avtomobili ilə ərazidən uzaqlaşdırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə