NATO RƏM-lə bağlı Rusiyaya 3 təklif verib

NATO RƏM-lə bağlı Rusiyaya 3 təklif verib

NATO-nun baş katibi Anders Foq Rasmussen "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Rusiya və NATO eyni məqsədlə raket əleyhinə iki ayrı sistem hazırlamalıdırlar.


"Biz hazırkı vəziyyətdə raket hücumu təhlükəsi ilə qarşı-qarşıyayıq. 30-dan çox ölkə raket texnologiyalarını inkişaf etdirir. Bəziləri artıq ballistik raketlərə malikdir" - deyə Rasmussen bildirib. Baş katib qeyd edib ki, raket hücumu Rusiya üçün də təhlükə mənbəyidir.


Bundan başqa o, bildirib ki, üzv ölkələr və NATO Rusiyanın narahatlığına son qoymaq üçün 3 praktiki təklif hazırlayıb. Birincisi, ABŞ proqramın həyata keçirilməsində tam şəffaf fəaliyyət göstərəcək və sistemin təhlili üçün rusiyalı müşahidəçilər dəvət olunacaq. İkincisi, Rusiya və NATO hərbi qüvvələrinin birgə təlim keçirməsinə icazə veriləcək. Üçüncü təklifdə isə sistemin fəaliyyətinə hər iki tərəfdən nəzarət olunması üçün iki mərkəzin yaradılması nəzərdə tutulur.


"Bu təkliflər göstərir ki, biz Rusiya ilə əməkdaşlığa ciddi yanaşırıq. Bu layihə üzrə əməkdaşlıq hər kəsin təhlükəsizliyi üçün vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə