İraqda hücum: 28 ölü, 80 yaralı

İraqda hücum: 28 ölü, 80 yaralı

İraqda şiə müsəlmanlara qarşı ardıcıl terror hücumları nəticəsində azı 28 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Gila şəhərinin şimalında baş vermiş partlayışda 16 şiə həlak olub, 45 nəfər yaralanıb. Şəhərin mərkəzində baş verən partlayışda isə daha 1 nəfər ölüb, 3 adam xəsarət alıb. Bağdadda isə üç partlayış törədilib. Hadisələr nəticəsində 10 nəfər həlak olub, 30 adam yaralanıb.

Qeyd edək ki, oktyabr və noyabr aylarında İraqda 445 nəfər həlak olub.


Bütün xəbərlər Facebook səhifəmizdə