Əsəd hakimiyyəti təzyiqlər qarşısında geri addım atıb. Məlumata görə, Suriya Ərəb Birliyinin ölkəyə müşahidəçi göndərilməsi tələbinə müsbət cavab verib.
"Anadolu" Agentliyinin xəbərinə görə, bir Suriya rəsmisi ərəb müşahidəçilərin Suriyaya göndərilməsinin qəbul edildiyini söyləyib.
Ərəb Birliyi Suriyaya prezident Bəşər Əsəd rejiminə qarşı keçirilən aksiyalarda son dərəcə sərt müdaxiləyə son qoyulmasını və ərəb müşahidəçilərə izin verilməsini nəzərdə tutan sənədin imzalanması üçün dünənə qədər vaxt vermişdi. Birlik əks təqdirdə maddi və iqtisadi sanksiyaların tətbiqinə başlanacağını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB