Dmitri Medvedev səs verdi

Rusiya prezidenti Dmitri Medvedev bu gün keçirilən parlament seçkisində iştirak edib. Dmitri Medvedev və xanımı Svetlana Medvedeva paytaxt Moskvanın Ramenki rayonundakı 1118 nömrəli məktəbdə keçirilən səsvermədə iştirak ediblər.


Medvedevlərin gəlişi ilə əlaqədar seçki məntəqəsində heç bir xüsusi təhlükəsizlik rejimi tətbiq edilməyib. Ramenki rayonunun sakinləri sərbəst şəkildə məktəbə daxil olaraq səs veriblər.


Qeyd edək ki, Rusiyanın dövlət başçısı 2009-cu ildə Moskva şəhər dumasına deputatların seçilməsi vaxtı da bu seçki məntəqəsində səs vermişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə