Çinin şimal-qərbində, Sintzyan-Uyğur muxtar vilayətində zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 5,2 bal təşkil edib. Zəlzələnin episentri vilayətin paytaxtı Urumçi şəhərindən, təxminən, 1700 km aralıda qeydə alınıb.
Nəticədə, yaxınlıqdakı yaşayış məntəqələrində 300-ə yaxın tikili tamamilə dağılıb, 2000 minə yaxın tikili zədələnib. Tələfat barədə məlumat verilmir. 1500 nəfər təhlükəli hesab edilən ərazilərdən təxliyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB