Rusiyanın Omsk vilayətindəki Ostaşkoqo qəsəbəsində göyərçinlərdə insanlar üçün də təhlükəli olan ornitoz xəstəliyi aşkarlanıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Omsk vilayətinin baytarlıq laboratoriyası faktı təsdiqləyib. Yaranmış vəziyyətlə əlaqədar hadisə rayonunda zəruri tədbirlər görülür.
Qeyd edək ki, ornitoz xəstəliyi insanlarda yüksək hərarət, titrəmə, yuxusuzluq, baş, ayaq və bel nahiyələrində ağrılarla təzahür edən kəskin yoluxucu xəstəlikdir. Xəstəliyin yayıcıları ev və vəhşi quşlardır. Bəzi hallarda xəstəlik pnevmoniya xəstəliyinin yaranmasına səbəb olur. Vaxtında və düzgün müalicə olunmadığı təqdirdə ölümlə nəticələnə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB