Dmitri Medvedev Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında müqaviləni təsdiq edib
Rusiya prezidenti Dmitri Medvedev Xəzəryanı dövlətlər tərəfindən imzalanmış "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında müqavilə"nin təsdiqlənməsi barədə qanunu imzalayıb. SİA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın imzaladığı müqavilədə qeyd olunur ki, Xəzər dənizində təhlükəsizliyin təmin olunması sahilyanı dövlətlərin müstəsna hüququdur.
Sənəd bununla əlaqədar sahil dövlətlərinin cinayətkarlıq, qaçaqmalçılıq, terrorizm, insan alveri və qanunsuz miqrasiya ilə bağlı birgə mübarizə aparmasına hüququ baza yaradır. Bundan başqa, tərəflər silah və hərbi texnikanın qanunsuz dövriyyəsi, partlayıcı və zəhərli maddələr və narkotiklərlə mübarizədə əməkdaşlıq etmək niyyətindədir. Razılaşmada dəniz gəmiçiliyinin təhlükəsizliyin təmin olunması, dəniz səfərləri, piratlıq və brakonyerliklə mübarizə də yer alıb.
Qeyd edək ki, müqavilə 18 noyabr 2010-cu ildə Xəzəryanı dövlət başçılarının Bakıda keçirilən III sammitində imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB