İraqın baş naziri Nuri əl-Malikinin həyatına sui-qəsdə cəhd olub. İraq mənbələrinin verdiyi məlumata görə, terrorçular Bağdadda parlament kompleksinin qarşısında partlayış törədiblər. İstintaq partlayışın baş nazirin həyatına qəsd məqsədilə törədildiyini müəyyənləşdirib.
Plana əsasən, minalanmış avtomobil baş nazirin hökumətin iclasına gəldiyi vaxt partladılmalı imiş. Amma həmin vaxt əl-Maliki ərazidə olmadığından sui-qəsd planı baş tutmayıb.
Xatırladaq ki, partlayış bu həftənin əvvəlində baş verib. Nəticədə 2 nəfər həlak olub, 5 iraqlı yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB