Yəməndə qan su yerinə axır: 32 ölü, 105 yaralı

Yəməndə qan su yerinə axır: 32 ölü, 105 yaralı

Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərində hökumət qüvvələrilə müxalifəti dəstəkləyən silahlılar arasında qanlı toqquşmalar gedir. SİA-nın əldə etdiyi məlumata görə, iki gündür davam edən toqquşmalarda ən azı 32 nəfər ölüb, 105 nəfər yaralanıb.


Ölənlər arasında 5 əsgər də var. Daha 30 hərbçi yaralıdır. Ordunun müxalifətçilərə raket zərbələri endirdiyi də bildirilir.


Xatırladaq ki, Yəmən prezidenti Əli Abdulla Saleh bir neçə gün əvvəl postunu tərk edib. Lakin bu, onun tərəfdarları ilə müxalifətçilər arasında toqquşmalara son qoymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə