ABŞ-da 176 avtomobil toqquşub

Amerikanın Tenessi ştatında şosedə 176 avtomobil toqquşub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha 16 nəfər yaralanıb. Qəza səhər saatlarında duman və yerin buz bağlaması səbəbəindən baş verib. Şahidlərin dediyinə görə, avtomobillərdən birinin sürücüsü idarəetməni itirib və maşını xəndəyə sürüb. Yolun sürüşkən olması səbəbindən onun arxasınca gələn maşınlar bir-birinə dəyib və qəza baş verib. Hadisə zamanı şosedə bir neçə kilometrlik tıxac yaranıb. Şosseni bağlayıblar, hadisə yerində xilasedici heyət və polis işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə