"Rəsmi Təl-Əviv yaxın gələcəkdə İrana hücuma hazırlaşmır, amma əvvəlki kimi onu da təkid edir ki, Tehran nüvə proqramının inkişafından imtina etsin". SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri İsrailin müdafiə naziri Exud Barak yerli radioların birinə müsahibəsində deyib.
Nazir qeyd edib ki, İsrail sakit hərəkət edəcək: "Böyük müharibələr bizə lazım deyil. Əgər sanksiyalar İran hakimiyyətini öz nüvə proqramının inkişafının tamamilə dayandırması barədə öz mövqeyini aydınlaşdırmağa məcbur edəcəksə, biz bundan şad olardıq"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB