BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay Suriyada 9 aydır davam edən etiraz aksiyalarında ölənlərin sayının 4 min nəfəri çoxdan ötdüyünü deyib. Bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat verir.
Onun sözlərinə görə, Suriyada baş verənləri vətəndaş müharibəsi adlandırmaq mümkündür. BMT-nin İnsan Haqları Şurası dekabrın 2-də Suriyadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək.
Suriyadakı aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Suriya hakimiyyəti hər iki tərəfdən 1,5 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB