Yəməndə qan su yerinə axır

Yəməndə qan-qana qarışıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə , bu gün prezident Əli Abdulla Salehə sadiq hərbi qüvvələr Taiz şəhərində yaşayış məhəlləsini atəşə tutub və nəticədə 1 nəfər ölüb, üç nəfər yaralanıb. Qeyd edək ki, noyabrın 23-də Səudiyyə Ərəbistanının kralı Abdullanın iştirakı ilə prezident Əli Abdulla Saleh və müxalifət təmsilçiləri arasında hakimiyyətin ötürülməsi barədə razılaşma imzalanıb. Razılaşmaya əsasən, Əli Abdulla Saleh səlahiyyətlərini vitse-prezident Abd Rabb Mənsur Hadiyə verməli, gələn il fevralın 21-də növbədənkənar seçkilər keçirilməlidir.


Bütün xəbərlər Facebook səhifəmizdə