Hillari Klinton Myanmada səfərdədir

Hillari Klinton Myanmada səfərdədir

ABŞ dövlət katibi Hillari Klinton Myanmaya səfər edib. SİA-nın xəbərinə görə, üç günlük səfəri çərçivəsində Klinton hakimiyyət və müxalifət nümayəndələri ilə görüşəcək. Onun insan hüquqları və azadlıqlarla bağlı ölkə rəhbərliyinə çağırışlarının olacağı gözlənilir. Keçən il Myanmada yeni Konstitusiyanın qəbulundan sonra müxalifət lideri Aun Sun Su daxil olmaqla çoxlu sayda siyasi məhbus azadlığa buraxılıb.

Qeyd edək ki, bu son 50 ildə Hillari Klintonun Myanmaya ilk səfəridir.


Bütün xəbərlər Facebook səhifəmizdə