Türkiyənin İstanbul şəhərinin məşhur Topqapı Sarayı Muzeyində atışma baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Topqapıya yaxınlaşan naməlum şəxs əlindəki tüfənglə muzeyin mühafizə xidmətində çalışan əsgər və polislərə atış açıb. Nəticədə 2 nəfər yaralanıb.
Polislərlə terrorçu arasında atışma 1 saat davam edib. Terrorçu öldürülüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB