Türkiyə Suriyaya qarşı sanksiyaların tətbiqinə başladı. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra açıqlama verən Davudoğlu bildirib ki, Suriya hökuməti son şanslarını itirib və öz yolunun sonuna yaxınlaşır.
Qeyd edək ki, Türkiyənin Suriyaya qarşı sanksiyaları strateji əməkdaşlığın və Suriya Mərkəzi Bankı ilə işin dayandırılmasını nəzərdə tutur. Suriyaya maliyyə kreditlərinin verilməsi üzrə əməliyyatlar da dayandırılır, Suriyanın Türkiyədəki bütün aktivləri dondurulur. Ankara Bəşər Əsəd rejiminə bütün növ silahların və hərbi təyinatlı malların çatdırılmasını da qadağan edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB