Bəşər Əssəd: “Türkiyə bayrağının yandırılması arzu olunan hal deyil”

Bəşər Əssəd: “Türkiyə bayrağının yandırılması arzu olunan hal deyil”

Suriya prezidenti ölkəsində baş verən hadisələri xarici dövlətlərin, xüsusən də Qərbin əli ilə törədildiyini qeyd edərək onların niyyətlərinin boşa çıxacağını bildirib.

SİA-nın verdiyi məlumata görə, Suriya prezidenti ölkəsinə qarşı yönəlmiş basqıların qanunsuz, Ərəb Liqasının təziyqlərinin isə qəbulolunmaz olduğunu bildirib. Bəşər Əssəd elan edib ki, Suriya işqal edilən bir ölkə deyil.

Ərəb xəbər agentlikləri qarşısında verdiyi musahibəsində Suriya prezidenti Türkiyə ilə münasibətlərinə də aydınlıq gətirib və Ankaranın davranışlarını qınayıb. AKP hakimiyətini Qərb məmuru rolunu oynamaqdan çəkinməyə çağırıb, "Osmanlı İmperiyasının yenidən qurulacağı fikrində olanların yuxuda olduqlarını" bildirib.

"Türkiyə xalqı öz bayraqları ilə qurur duyar, arzu edirəm ki, bu bayraq siyasətçilərin səhvləri ucbatından zədələnib, oda çəkilməsin", - deyə Əssəd bəyan edib.


Bütün xəbərlər Facebook səhifəmizdə