Beynəlxalq Atom Enerjisi Təşkilatının (BAET) keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi Misirdəki prezident seçkilərində iştirak planlarından imtina etməyə hazırdır. "Frans Press"in məlumatına görə, bu bəyanatla Məhəmməd əl-Baradeyinin nümayəndələri çıxış ediblər.
"Əgər milli birlik hökumətinə başçılıq etmək üçün ona rəsmi təklif olunsa, prezidentliyə namizəd olmaq ideyasından imtina etməyə hazırdır", - bəyanatda deyilir. "Frans Press"in məlumatına görə, keçmiş BAET rəhbəri Misirdəki hərbi xuntanın lideri, marşal Hüseyn Təntavi ilə görüşüb.
Qeyd edək ki, Məhəmməd əl-Bəradeyinin Misirdəki prezident seçkilərinə qatılacağı barədə məlumatlar martda yayılmışdı. Misirli keçmiş diplomat 1997-ci ildə BAET-ə rəhbərlik etməyə başlayıb və bu vəzifəyə iki dəfə (2001 və 2005-ci illər) seçilib. O, 2005-ci ildə nüvə silahının yayılmasının qarşısının alınması və atom enerjisindən dinc istifadə sahəsində təhlükəsihliyin təmin edi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB